“Facebook” öz kriptovalyutasını yaradacaq


Digərləri 18 İyn 2019 15:41:00 247 0

“Facebook” öz kriptovalyutasını yaradacaq

"Facebook" şirkəti 2020-ci ildə özünün kriptovalyutasını dövriyyəyə buraxmağı planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Libra" adını daşıyacaq kriptovalyuta ilə "Facebook Messenger", "WhatsApp" və bu valyuta üçün xüsusi yaradılacaq proqram vasitəsilə əməliyyatlar aparmaq mümkün olacaq.

Şirkətdən bildiriblər ki, kriptovalyuta blokçeyn texnologiyası əsasında dövriyyəyə buraxılacaq.

Bir müddət əvvəl məlumat verilmişdi ki, "Visa", "Mastercard", "PayPal" və "Uber" "Facebook"un yaradacağı kriptovaluyutanın idarə olunması üçün konsorsiumun təsis olunması üçün 10 milyon dollar vəsait qoymağa hazırdır.