Neftçi-dən ayrılan daha bir futbolçu Sabah-da


İdman 18 İyn 2019 15:00:00 238 0

Neftçi-dən ayrılan daha bir futbolçu Sabah-da

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçunu heyətinə qatıb.

Goal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi son mövsümü "Neftçi"də çıxış edən Məhəmməd Mirzəbəyovla anlaşıb. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Oyunçu karyerası ərzində “Anji” (Rusiya), “Sumqayıt”, “İnter” və “Qəbələ”nin də formasını geyinib. Mirzəbəyov Azərbaycan millisində 18 matça çıxıb.

Xatırladaq ki, Məhəmməd Mirzəbəyov “Sabah”ın növbəti mövsüm üçün 4-cü transferidir. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanılıb. Abışov da son olaraq "Neftçi"də çıxış edib.