Parkda qətl törədən 40 yaşlı qadının məhkəməsi başladı


Digərləri 18 İyn 2019 15:26:03 185 0

Parkda qətl törədən 40 yaşlı qadının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası iyunun 25-ə təyin edilib. İttihama görə, ötən ilin oktyabr ayında gecə saatlarında Xırdalan şəhərində şəhər sakini, 27-ci məhəllə, ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.