Meksika ABŞla sərhədə 6 min mühafizəçi yerləşdirdi


Dünya 18 İyn 2019 15:05:00 198 0

Meksika ABŞla sərhədə 6 min mühafizəçi yerləşdirdi

ABŞ-a getmək istəyən immiqrantları durdurmağı hədəfləyən Mexiko şəhər rəhbərliyi Orta Amerika ölkələriylə cənub sərhədinə hərbçilər yerləşdirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Meksika Orta Amerika ölkələrindən keçərək ABŞ və Kanadaya getmək istəyən qeyri-qanuni miqrantlara qarşı mübarizəni artırıb.

Bu məqsədlə Meksika hökuməti min immiqrasiya məmuru ilə birgə bölgəyə 6 min mühafizəçi yerləşdirib.

Mühafizəçilərin cənub sərhədində təqribən 800 miqrantı daşıyan bir qrup yük maşınını durdurduğu da deyilir.