"Mercedes" elektrik dirəyinə çırpıldı:


Digərləri 18 İyn 2019 14:51:00 249 0

"Mercedes" elektrik dirəyinə çırpıldı:

Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyunun 17-də saat 14 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində şəhər sakini B.Sadıqov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə avtomobildəki sərnişinlərdən Ramal Həsənov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.