“Facebook” öz kriptovalyutasını yaradacaq


Digərləri 18 İyn 2019 14:41:19 222 0

“Facebook” öz kriptovalyutasını yaradacaq

“Facebook” şirkəti 2020-ci ildə özünün kriptovalyutasını dövriyyəyə buraxmağı planlaşdırır.

Bakı. “Facebook” şirkəti 2020-ci ildə özünün kriptovalyutasını dövriyyəyə buraxmağı planlaşdırır. Trend-in məlumatına görə, “Libra” adını daşıyacaq kriptovalyuta ilə “Facebook Messenger”, “WhatsApp” və bu valyuta üçün xüsusi yaradılacaq proqram vasitəsilə əməliyyatlar aparmaq mümkün olacaq. Şirkətdən bildiriblər ki, kriptovalyuta blokçeyn texnologiyası əsasında dövriyyəyə buraxılacaq.