Xaçmazdan Bakıya satmağa narkotik gətirdi, amma arzusu gözündə qaldı (FOTO)


Digərləri 18 İyn 2019 14:36:00 221 0

Xaçmazdan Bakıya satmağa narkotik gətirdi, amma arzusu gözündə qaldı (FOTO)

Baş Narkotiklərlə Mübarizə və Baş Dövlət Yol Polis İdarələri birgə uğurlu əməliyyat həyata keçiriblər.

Bakı. Baş Narkotiklərlə Mübarizə və Baş Dövlət Yol Polis İdarələrinin birgə həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində satmaq niyyəti ilə paytaxt ərazisinə narkotik vasitələr gətirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Mübariz Novruzi paytaxt istiqamətində hərəkətdə olan zaman onun sərnişin kimi əyləşdiyi avtomobil Yol Patrul Xidməti Alayının 1-ci tağımının Saray qəsəbəsində yerləşən stasionar postunda durdurulub. Onun üzərində axtarış aparılan zaman 251,189 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin və 250,015 qram tiryək aşkar edilərək götürülüb. M.Novruzi ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə Bakı şəhərinə apardığını etiraf edib.