Azərbaycan 2-ci Avropa Oyunlarında 15 cüdoçu ilə təmsil olunacaq


Digərləri 18 İyn 2019 14:20:46 234 0

Azərbaycan 2-ci Avropa Oyunlarında 15 cüdoçu ilə təmsil olunacaq

Belarusun paytaxtı Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək.

Bakı. Belarusun paytaxtı Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək. Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, həm kişilər, həm də qadınlardan ibarət cüdo millimizin üzvləri 4 gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Avropa Oyunlarında cüdo yarışlarına iyunun 22-də start veriləcək. 3 gün baş tutacaq fərdi mübarizələrdən sonra iyunun 25-də qarışıq komanda yarışı keçiriləcək.