Ağstafa bazarındakı gülləbaranın görüntüləri - ANBAAN (VİDEO)


Digərləri 18 İyn 2019 13:59:53 193 0

Ağstafa bazarındakı gülləbaranın görüntüləri - ANBAAN (VİDEO)

Ağstafada baş vermiş gülləbaranın görüntüləri yayılıb.

Bakı. Ceyhun Ələkbərov - Ağstafada baş vermiş gülləbaranın görüntüləri yayılıb. Trend-in məlumatına görə, hadisə iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında baş verib. Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə Şərqiyyə Musayeva, oğlanları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanı "Kalaşnikov" markalı avtomat silahı ilə qətlə yetirib. Əlavə edək ki, hadisədə daha 3 nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Həmin hadisənin görüntülərini anbaan təqdim edirik.