İnterpolun tutduğu "reket"ə 11 il cəza verildi


Digərləri 18 İyn 2019 14:03:00 230 0

İnterpolun tutduğu "reket"ə 11 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə ittiham edilən Müşvid Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə ittiham edilən Müşvid Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Mürsəlov 11 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ulə tələb etmə) maddəsi ilə təqsirli bilnib. Cinayət işi üzrə Vəli Əmirov, Rahim Muradov, Afərin Cavadova və bir ailənin 3 üzvü Rübabə Xudiyeva, Qorxam Xudiyev və Qətibə Xudiyeva zərərçəkmiş şəxs qismində tanınıb.