Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri


Digərləri 18 İyn 2019 14:06:47 198 0

Azərbaycana Çindən turist axını gözlənilir - Dövlət Turizm Agentliyinin sədri

Azərbaycana Çindən çoxsaylı turistlər gələcək

Bakı. İlhamə İsabalayeva - Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının Bakıda keçirilməsi çox vacib idi. Trend-in məlumatına görə, bunu bu gün 16-18 iyun tarixlərində Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev söyləyib. Dövlət Turizm Agentliyinin sədri deyib ki, Bakıya 37 ölkədən turizm administrasiyalarının rəhbərləri gəlib: "Bu insanları Azərbaycanın mədəni irsi ilə tanış etmək vacib idi. Azərbaycana gələn qonaqlar çox məmnun qalıb. Bu gün axşam nümayəndə heyətlərini Yanardağ kompleksinə aparacağıq".