Goranboyda maşın aşdı:


Digərləri 18 İyn 2019 13:52:00 213 0

Goranboyda maşın aşdı:

Goranboyda idarəetməni itirən sürücü qəza törədib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Dəlməmmədli-Qırıxlı yolunun Bəşirabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil sürücünün idarəetməni itirməsi səbəbindən aşıb. Nəticədə sürücü və bir sərnişin ağır vəziyyətə xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar