Rusiyaya işləməyə gedən 23 yaşlı oğlan yoxa çıxıb


Digərləri 18 İyn 2019 13:56:00 236 0

Rusiyaya işləməyə gedən 23 yaşlı oğlan yoxa çıxıb

Bakıdan Rusiyaya işləməyə gedən 23 yaşlı gənc itkin düşüb.

Son.az APA-ya istinadən xəbər verir ki, Nizami rayon sakini Samirə Cabbarova rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlu, 1996-cı il təvəllüdlü Ramil Əliyevin bu il fevralın 18-də sənədlərini götürərək Rusiya Federasiyasına işləmək adı ilə evdən çıxıb getdiyini və bir daha ondan xəbər almadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.