Bakıda yeznəsini öldürən şəxs polisə könüllü təslim olub


Digərləri 18 İyn 2019 13:39:00 211 0

Bakıda yeznəsini öldürən şəxs polisə könüllü təslim olub

Şərur rayon sakini Ramiz Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən Siyəzən rayon sakini R.Şirinov istintaqa təslim olub və cinayəti törədərkən istifadə etdiyi tüfəngi təhvil verib.

Bakı. Samir Əli - İyunun 14-də saat 1 radələrində Bakıxanov qəsəbəsi ərazisindən Şərur rayon sakini, 47 yaşlı Ramiz Məmmədovun qırma yarası ilə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Sabunçu RPİ 12-ci Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə ağır cinayətin R.Məmmədovun qaynı, Siyəzən rayon sakini R.Şirinov tərəfindən törədilməsi müəyyən edilib. Əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Şirinov könüllü olaraq 12-ci Polis Şöbəsinə gələrək istintaqa təslim olub və cinayəti törədərkən istifadə etdiyi “Vinçester” markalı tüfəngi təhvil verib.