Vəkilliyə namizədlər and içiblər


Digərləri 18 İyn 2019 13:43:00 65 0

Vəkilliyə namizədlər and içiblər

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

Bakı. Samir Əli - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu arasında anlaşma memorandumunun imzalanması və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Trend-in məlumatına görə, tədbiri açan AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, Aytən Mustafazadə insan hüquqlarının müdafiəsinin əhəmiyyəti, bu istiqamətdə aparılan islahatlar, aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilməsinin zəruriliyi, Vəkillər Kollegiyası tərəfindən bu sahədə keçirilən tədbirlər haqqında danışıb. O bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkədə bütün sahələri, o cümlədən əhatə edən islahatlar həyata keçirilir. Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sistemində islahatlar aparılmasını zəruri edir. Dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu sahədə aparılan islahatların keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu Fərman məhkəmə-hüquq sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsinə imkan verəcək kompleks addımlar atılması üçün ciddi normativ əsas verəcək. Aytən Mustafazadə qeyd edib ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Vəkillər Kollegiyası arasında bağlanacaq anlaşma memorandumuna əsasən gələcək əməkdaşlığın əsası qoyulacaq, ödənişsiz hüquqi yardım, o cümlədən vəkillərin davamlı tədrisi ilə bağlı birgə tədbirlər həyata keçiriləcək. Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında diqqətə çatdırıb ki, iyunun 18-i Azərbaycanda Milli İnsan Hüquqları Günüdür. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib. Vəkilliyə namizədlərin andiçmə, Vəkillər Kollegiyası ilə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu arasında anlaşma memorandumunun imzalanması mərasimlərinin bu günə təsadüf etməsi çox əlamətdar hadisədir. Sədr Vəkillər Kollegiyasının fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, son dövrlərdə vəkilliyin inkişafı və nüfuzunun artırılması, maddi-texniki təminatının, o cümlədən vəkillər tərəfindən vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirilib. Buna baxmayaraq, Vəkillər Kollegiyasının fəaliyyəti, maliyyə müstəqilliyi, maddi-texniki təminatı, eləcə də regionlarda vəkillərin sayı baxımından müəyyən problemlər mövcuddur. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanının müvafiq göstəriş və tövsiyələri, xüsusilə də dövlət hesabına hüquqi yardıma görə vəkilə ödənilməli olan vəsaitin Vəkillər Kollegiyasına verilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Sonra AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya hüququ şöbəsinin müdiri, Xırdalan şəhər Vəkil Bürosunun rəhbəri Ayxan Rüstəmzadənin “Cinayət işləri üzrə qüsurlu tibbi müdaxilə zamanı sübut etmə problemlərinə praktiki yanaşma” mövzusunda mühazirəsi dinlənilib. Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilib. Andiçmə mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Vəkilliyə namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içiblər və onlara vəsiqələr təqdim edilib. Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin səfirliklərinin, yerli və beynəlxalq təşkilatların, KİV-lərin nümayəndələri iştirak ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
BakıMəşhəd marşrut xətti üzrə razılıq əldə edilib  FOTO like
  • 18 İyn 13:41  
Digərləri BakıMəşhəd marşrut xətti üzrə razılıq əldə edilib FOTO

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında 2002-ci ilin

arrow Ətraflı
Ağstafadakı güllələnmənin DƏHŞƏTLİ VİDEOSU +18 like
  • 18 İyn 13:40  
Kriminal Ağstafadakı güllələnmənin DƏHŞƏTLİ VİDEOSU +18

İyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndini

arrow Ətraflı
Bakıda yeznəsini öldürən şəxs polisə könüllü təslim olub like
  • 18 İyn 13:39  
Digərləri Bakıda yeznəsini öldürən şəxs polisə könüllü təslim olub

Şərur rayon sakini Ramiz Məmmədovu qətlə yetirməkdə şübhəli bilinən

arrow Ətraflı
Bekhem yenə azyaşlı qızını dodağından öpdü, like
  • 18 İyn 13:38  
Digərləri Bekhem yenə azyaşlı qızını dodağından öpdü,

Keçmiş futbolçu Deyvid Bekhem Instagram paylaşımı ilə yenidən qalmaqal

arrow Ətraflı
Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edilib (FOTO) like
  • 18 İyn 13:35  
Digərləri Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edilib (FOTO)

Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edilib

arrow Ətraflı
Taksi qəza törətdi: like
  • 18 İyn 13:34  
Digərləri Taksi qəza törətdi:

Xırdalanda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək like
  • 18 İyn 13:30  
Digərləri “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək

İyunun 18-də saat 15.30-da Bakı şəhəri Xəzər rayonu Mərdəkan Mədəniy

arrow Ətraflı
Boşanmış kişi ilə qaçan 15 yaşlı Günelin anası: "Qızımı polis bölməsinə gətirdilər" like
  • 18 İyn 13:29  
Digərləri Boşanmış kişi ilə qaçan 15 yaşlı Günelin anası: "Qızımı polis bölməsinə gətirdilər"

Boşanmış kişi ilə qaçan 15 yaşlı Günelin anası ona qarşı irəli sür

arrow Ətraflı
Lempardı Terri əvəzləyəcək like
  • 18 İyn 13:28  
İdman Lempardı Terri əvəzləyəcək

Derby-nin baş məşqçisi Frenk Lempard tezliklə

arrow Ətraflı
Azərbaycanda 89 yaşlı kişi evləndi like
  • 18 İyn 13:25  
Digərləri Azərbaycanda 89 yaşlı kişi evləndi

2018-ci ildə 50 və daha yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı 28

arrow Ətraflı
Meksika ABŞ-la sərhədə 6 min mühafizəçi yerləşdirdi - SƏBƏB? like
  • 18 İyn 13:25  
Digərləri Meksika ABŞ-la sərhədə 6 min mühafizəçi yerləşdirdi - SƏBƏB?

ABŞ-a getmək istəyən immiqrantları durdurmağı hədəfləyən Mexiko şəh

arrow Ətraflı
Bakı səmasında UNO göründü: binaya yaxınlaşdı like
  • 18 İyn 13:24  
Digərləri Bakı səmasında UNO göründü: binaya yaxınlaşdı

Gecə saatlarında Bakının Nərimanov rayonu səmasında UNO görünüb.

arrow Ətraflı
Türkiyənin baş ombudsmanı: "Azərbaycanın işğal problemini beynəlxalq qurumlar həll etməlidirlər" like
  • 18 İyn 13:21  
Siyasət Türkiyənin baş ombudsmanı: "Azərbaycanın işğal problemini beynəlxalq qurumlar həll etməlidirlər"

Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır, bu problemi beynəlxal

arrow Ətraflı
Daha 1017 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək like
  • 18 İyn 13:20  
Digərləri Daha 1017 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Birdəfəlik ödəmə ilə təminat proqramı artıq 85,4 faiz icra olunub

arrow Ətraflı
"Mursi qəsdən öldürülüb"  Müsəlman Qardaşları Təşkilatı like
  • 18 İyn 13:20  
Dünya "Mursi qəsdən öldürülüb" Müsəlman Qardaşları Təşkilatı

Müsəlman Qardaşları Təşkilatı (MQT) Misirin keçmiş prezidenti Məhəmm

arrow Ətraflı