Lempardı Terri əvəzləyəcək


İdman 18 İyn 2019 13:28:00 233 0

Lempardı Terri əvəzləyəcək

Derby-nin baş məşqçisi Frenk Lempard tezliklə Chelsea-nin "sükanı arxası"na keçə bilər.

Goal.az-ın məlumatına görə, Çempionşip təmsilçisi artıq bununla barışıb.

Klub rəhbərliyi indidən Lemparda əvəzləyici axtarışına başlayıb. Maraqlıdır ki, Lempardın Chelsea-yə gedişi təqdirində, onu keçmiş komanda yoldaşı Con Terri əvəz edə bilər. Yaxın iki gündə hər iki təyinatın açıqlanması gözlənilir.

Qeyd edək ki, Lempard və Terri 2001-2014-cü illərdə Chelsea-nin formasını geyinib.