Uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlanıb


Digərləri 18 İyn 2019 13:12:04 245 0

Uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlanıb

Ombudsman Aparatı uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlayaraq Milli Məclisə təqdim edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu" mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

E.Süleymanova əlavə edib ki, Azərbaycanda insan hüquqlarının qorunması üzrə 3 əsas strateji sənəd qəbul edilib. İndiyədək Ombudsman təsisatı tərəfindən dövlət qurumlarına 700 təklif verilib. Onların əksəriyyəti icra edilib.

Müvəkkilin sözlərinə görə, indiyədək Azərbaycanda 11 amnistiya aktı qəbul edilərək on minlərlə insana şamil olunub.

E.Süleymanova bildirib ki, ölkəmizdə insan hüquqlarının təmin edilməsi, qanunun aliliyinə hörmət daxili sabitlik üçün zəmin yaradıb. Ölkə prezidenti tərəfindən həyata keçirilən islahatlar nəticəsində əhalinin minimum əməkhaqqı, pensiyası artıb.