Gəncədə tanınmış idmançının oğlunu qətlə yetirən şəxsin kimliyi məlum oldu FOTO


Kriminal 18 İyn 2019 12:53:00 355 0

Gəncədə tanınmış idmançının oğlunu qətlə yetirən şəxsin kimliyi məlum oldu  FOTO

Gəncədə çay evində qətl törədən şəxsin kimliyi məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən "Miraj" çay evinin qarşısında 1983-cü il təvəllüdlü Emin Məmmədov şəxsi münaqişə zəminində qisas almaq niyyəti ilə 1995-ci il təvəllüdlü Elnur Alıyevi bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı Emin Məmmədov da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, mərhum E.Alıyev tanınmış idman ustası İlqar Alıyevin oğludur.


Xəbərə aid fotolar