Platini həbs olundu


İdman 18 İyn 2019 12:21:00 280 0

Platini həbs olundu

UEFA-nın sabiq prezidenti Mişel Platini həbs olunub.

Goal.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, DÇ-2022 üçün elan olunmuş tender prosesində rüşvət almaqda ittiham olunan fransalı futbol funksionerinin Parisin Nanterre bölgəsindəki anti-korrupsiya şöbəsində saxlandığı bildirilir. Onun Qətərdə keçiriləcək mundialın yerinin müəyyənləşdirilməsi ilə bağlı səsvermədə saxtakarlığa yol verdiyi iddia olunur.

Qeyd edək ki, Platini 2007-2015-ci illərdə UEFA-ya başçılıq edib.