Qaradağda mikroavtobus aşdı - 3 əcnəbi vətəndaş öldü


Digərləri 18 İyn 2019 12:40:16 314 0

Qaradağda mikroavtobus aşdı - 3 əcnəbi vətəndaş öldü

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə veirlən məlumata görə, iyunun 17-də saat 17 radələrində Bakı-Qazax yolunun 22-ci km-də Qaradağ rayonu ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi “Toyota Prado” markalı avtomobili qarşıda gedən paytaxt sakini Mehman Ağayevin idarə etdiyi “Ford” markalı mikroavtobusa vurub və zərbədən “Ford” markalı avtomobil yol ayırıcısına çırpılaraq aşıb. Nəticədə mikroavtobusdakı sərnişinlərdən Hindistan vətəndaşları - Jayachandran Prasad, Madhavan Muthukumar və Maruthamuthu Gopal hadisə yerində ölüb, Banqladeş vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad, habelə “Toyota Prado”dakı sərnişin, Bakı şəhər sakini Q.İbrahimova xəstəxanaya yerləşdiriliblər.