Əli Əhmədov: Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb


Digərləri 18 İyn 2019 12:36:00 277 0

Əli Əhmədov: Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb

Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda böyük nailiyyətlər əldə olunub: "Azərbaycanda insanlara səhiyyə xidmətinin göstərilməsi istiqamətində çox böyük layihələr həyata keçirilir. Eyni zamanda, gələn ildən icbari tibbi sığorta tətbiq olunacaq". Ə.Əhmədov deyib ki, bütün bu nailiyyətlər, eləcə də insan amilinin inkişaf etdirilməsi ilə bilavasitə əlaqədar olan məsələlər Azərbaycanın BMT-yə iyulda təqdim edəcəyi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üzrə ikinci Milli Hesabatında öz əksini tapacaq. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün hazırladığı beynəlxalq layihə Azərbaycan tərəfindən də dəstəklənir. Azərbaycan bu layihənin həyata keçirilməsinə qoşulub. Bu layihənin əsas məqsədi 2030-cu ilə qədər dünyanın əhəmiyyətli dərəcədə dəyişdirilməsidir. Hesab edirəm ki, Azərbaycan da sürətlə dəyişən bir ölkə kimi bu proqramın həyata keçirilməsində yaxından iştirak edəcək". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin