Dilarə və İlqar Xəyal studiyada göz yaşlarına boğuldular VİDEO FOTO


Şou-biznes 18 İyn 2019 12:21:00 272 0

Dilarə və İlqar Xəyal studiyada göz yaşlarına boğuldular  VİDEO  FOTO

ARB TV-nin "Söhbət var" verilişinin növbəti buraxılışında qonaq müğənni İlqar Xəyal olub. Son.az xəbər verir ki, verilişdə İlqar Xəyalın orta məktəb illəri ilə bağlı maraqlı süjet hazırlanıb. Müəllimi və sinif yoldaşlarının xoş sözləri ifaçını və verilişin aparıcısı Dilarə Əliyevanı kövrəldib. "Bu, mənim üçün, həqiqətən, böyük sürpriz oldu. Həyatımda ilk dəfədir ki, efirdə göz yaşlarına qərq oluram. Adətən digər verilişlərdə əvvəlcədən hazırlıq olur. Müğənninin özünə zəng edib deyirlər ki, sinif yoldaşının, müəlliminin nömrəsini ver, onunla danışmaq istəyirik. Amma bu, həqiqətən, sürpriz oldu.

Məktəbdə oxuyanda ilin 10 ayını dərsə gedirdik. Mən bu 10 ayın yalnız 2-3 ayını dərsə gedə bilirdim. Digər vaxtlarda qastrol səfərlərində olurdum. Peşəkar musiqi ilə məşğul olurdum. İlk dəfə Filarmoniyada dahi Maestro Niyazinin sinfonik orkestri ilə 45 dəqiqə ərzində konsert proqramı ilə çıxış edən mən olmuşam. O zaman 4-cü sinifdə oxuyurdum".


Xəbərə aid foto