Bakıda qız "Tik Tok"a görə həyatını təhlükəyə atdı FOTO


Digərləri 18 İyn 2019 11:30:47 656 0

Bakıda qız "Tik Tok"a görə həyatını təhlükəyə atdı  FOTO

Bakıda gənc qız "Tik Tok"a görə həyatını riskə atıb.

Son.az bildirir ki, Nərmin adlı gənc qız "Tik Tok" videosu üçün bulvarda dənizə girib.

Çirkab suların axıdılığı yoğun kanalizasiya borusunun üstündə gəzən qız videosunu sosial şəbəkələrdə yayıb.

Video qısa zamanda 6 min dəfə bəyənilib, digər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Tik Tok sosial şəbəkəsi son günlər azərbaycanlı gənclər arasında populyarlaşıb. İyunun 1-də Tik-Toka görə Bakıda bir nəfər dənizdə boğulub.

Fuad Son.az


Xəbərə aid fotolar