İshaqzai: BMT Azərbaycana Dayanıqlı İnkişaf Məqsədləri nail olmaq üçün bütün dəstəyi verməyə hazırdır


Digərləri 18 İyn 2019 11:17:00 299 0

İshaqzai: BMT Azərbaycana Dayanıqlı İnkişaf Məqsədləri nail olmaq üçün bütün dəstəyi verməyə hazırdır

BMT Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün lazım olan bütün dəstəyi verməyə hazırdır.

Bakı. İlhamə İsabalayeva - BMT Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün lazım olan bütün dəstəyi verməyə hazırdır. Trend-in məlumatına görə, bunu “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxış edən BMT-in Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib. Onun sözlərinə görə, dünyanın bir çox ərazilərində insanların hüquqları davamlı olaraq pozulur: "Bizim əsas məqsədimiz 2030-cu ilədək insanların hüquqlarının daha yaxşı qorunmasına nail olmaqdır. Azərbaycan 2030-cu ilədək məqsədlərə nail olmaq üçün götürdüyü öhdəliklərə sadiq qalan ölkədir. Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə nail olma üzrə ilk könüllü hesabatını verib, iyulda isə növbəti hesabatını verəcək. Bu da onun Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq istiqamətində götürdüyü öhdəliklərə sadiqliyini göstərir". Q.İshaqzai bildirib ki, ombudsmanların insan hüquqlarının qorunmasında çox vacib rolu var. Ombudsmanlar tərəflər - vətəndaş cəmiyyəti və qurumlar arasında körpü rolunu oynayır: "Ombudsmanların mandatı var ki, insan hüquqları ilə bağlı bütün məsələlərdə yaxından iştirak etsinlər. Əslində, müstəqil ombudsmanlar dayanıqlı inkişafın vacib indikatorudur. Dayanıqlı İnkişaf Məqsədinə güclü, müstəqil ombudsman təsisatı olmadan nail olmaq olmaz". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin