Neftçi ilə Səbail-in rəqibləri müəyyənləşir


İdman 18 İyn 2019 11:00:00 280 0

Neftçi ilə Səbail-in rəqibləri müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada Azərbaycanın NeftçiSəbail komandaları da iştirak edəcək.

Hər iki kollektiv səpələnmişlər səbətində yer alacaq. Paytaxt təmsilçiləri nisbətən zəif komandalarla üz-üzə gələcəklər. Püşkə 45 klub və ilkin təsnifat mərhələsinin 7 cütü qatılacaq.

Püşkatmaöncəsi UEFA bölgülər aparıb və nəticədə Azərbaycan klublarının da potensial rəqiblərinin sayı azalıb. Neftçi-yə Hibernians (Malta), Ruzomberok (Slovakiya), Akademija Pandev  (Makedoniya), Speranta (Nisporeni, Moldova) və ya Zeta (Monteneqro), Səbail-ə isə Universitatea cCraiova 1948  (Rumıniya), Baltsan (Malta), Laçi (Albaniya), Shkupi (Makedoniya), Petrokub-Hincesti (Moldova) və ya Narva Trans (Estoniya) rəqib olacaq.

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Azərbaycanın bu turnirdəki daha bir təmsilçisi Qəbələ isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Ölkə kubokunun qalibinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları isə iyulun 25-də və avqustun 1-də olacaq.