Müdafiə naziri: Azərbaycan Ordusu Aprel qələbəsini hər dəqiqə nümayiş etdirməyə hazırdır


Digərləri 18 İyn 2019 11:09:00 186 0

Müdafiə naziri: Azərbaycan Ordusu Aprel qələbəsini hər dəqiqə nümayiş etdirməyə hazırdır

2016-cı ildə 3 gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi bütün Ermənistan ordusunu darmadağın etdi.

Bakı. Elçin Mehdiyev – 2016-cı ildə 3 gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi bütün Ermənistan ordusunu darmadağın etdi. Trend-in məlumatına görə, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycan Ordusu bu qələbəni hər dəqiqə nümayiş etdirməyə hazırdır: “Müharibəni hərbiçilər başlamır, icra edir. Hələki beynəlxalq vəziyyət müharibəyə imkan vermir, cənab Prezident münaqişənin həlli ilə bağlı işlər aparır”. Z.Həsənov vurğulayıb ki, Azərbaycan Ordusu gecə-gündüz döyüş hazırlığı ilə məşğul olur: “Azərbaycan Ordusu daim inkişaf edir, döyüş qabiliyyəti, psixoloji hazırlığı daim yüksəldir. Ermənistan isə bu sahədə çox zəifidr. Aprel döyüşlərindən sonra Sarkisyan dedi ki, “biz 80-ci illərin silahı ilə döyüşürdük”. Bəs necə oldu, siz deyirdiniz “bizim güclü ordumuz var?” Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin