"Bekarçılıq idi, mənə yazılan şərhləri oxudum. Gəbərin, qurdlu məxluqlar”


Şou-biznes 18 İyn 2019 10:55:00 253 0

"Bekarçılıq idi, mənə yazılan şərhləri oxudum. Gəbərin, qurdlu məxluqlar”

Aktrisa Pərvin Abıyeva ötən gün paylaşılan çimərlik görüntülərindən danışıb.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi şərhlərdə onu tənqid edən izləyicilərə sərt cavab yazıb:

"Deməli, bir az bekarçılıq oldu, girdim saytlarda haqqımda yazılan xəbərlərdəki rəylər oxudum. İlahi, biz necə insanlarıq? Nə ilə qidalanırıq? Bu qədər qaraqəlbli, kinli, nifrət dolu olmağın qaynağı haradandır? Əslində, sizi yox, valideynlərinizi qınayıram ki, ürəyinizə nifrət toxumu əkib. İnsan övladını bu cür düşmən kimi böyütməməlidir.

Qoy, mən açıq geyinən, sizin gözünüzdə necə görünürəmsə, elə də olum. Amma fəxr edirəm ki, sevgi dolu, humanist böyümüşəm. Heç kimin paxıllığını çəkməz, qeybət etmərəm, babal yumaram. Əlimdən gəldiyi qədər ətrafıma əl tutmuşam. Sizin kimi qaraqəlbli, kinli deyiləm.

Yazdığınız iyrənc rəylər sizə nə qazandırır? Məsələn: mənə təsir etmir, yenə də öz bildiyimi edəcəm, istədiyim kimi yaşayacam. Amma siz iyrənc görünürsünüz. Gəbərin, qurdlu məxluqlar".