Nazir: "İstifadəmizdə olan ən müasir helikopterlər uzaq məsafədən hədəfi dəqiqliklə vurmağı bacarır"


Siyasət 18 İyn 2019 10:32:00 232 0

Nazir: "İstifadəmizdə olan ən müasir helikopterlər uzaq məsafədən hədəfi dəqiqliklə vurmağı bacarır"

Bu gün Azərbaycanın Ordusunda olan hərbi təyyarələr qarşıda duran vəzifələri tam yerinə yetirməyə hazırdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazi qeyd edib ki, Azərbaycan Ordusunun helikopter parkı da tam yenilənib: "Bizim istifadəmizdə ən müasir helikopterlər var. Onlar uzaq məsafədən hədəfi dəqiqliklə vurmağı bacarır".

Hərbi dəniz donanması ilə bağlı sualı cavablandıran nazir bildirib ki, donanmanın təkmilləşdirilməsi ilə bağlı işlər aparılır: "Biz dənizdə elə bir təhlükə görmürük. Xəzərin statusu ilə bağlı məsələ də həll olunub. Xəzəryani dövlətlər bizə dost ölkələrdir. Ancaq hərbi dəniz donanmasının da təkmilləşdirilməsi istiqamətində işlər aparılır".