Magistraturaya qəbul olmaq istəyən bakalavrların nəzərinə!


Digərləri 18 İyn 2019 10:32:00 211 0

Magistraturaya qəbul olmaq istəyən bakalavrların nəzərinə!

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi bu gün saat 23.59-da başa catacaq

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, ixtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız 18 iyun saat 23.59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.