Zakir Həsənov: "Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik"


Digərləri 18 İyn 2019 10:39:59 261 0

Zakir Həsənov: "Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik"

Fransa məhkəməsinin qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımaması böyük qələbədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir, həmçinin gəncləri sosial şəbəkələrdə diqqətli olmağa, təxribatlara uymamağa çağırıb: "Vətən, millət, dövlətçilik məsələlərində bütün şəxsi mövqelər kənarda durmalıdır. Bizim torpaqlarımız işğal olunubsa, birləşməliyik.

Sosial şəbəkələrdə belə məsələləri yazanların 90 faizi ermənilər, digərləri isə öz şəxsi mövqelərindən çıxış edən cılız insanlardır. Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik, hamımız bir olmalıyıq".