"Ordumuzun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi"


Siyasət 18 İyn 2019 10:27:00 275 0

"Ordumuzun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi"

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.

Z.Həsənov bildirib ki, ermənilər əlacsız vəziyyətdə qalaraq hətta qocaları səfərbər edib cəbhəyə göndərdilər, ancaq onlar da gəlib çıxa bilmədilər.

Nazir qeyd edib ki, Azərbaycan Ordusunda həyata keçirilən islahatlar uğurla davam edir:

"Bütün əsas istiqamətlərdə ordu inkişaf edir. Bunu beynəlxalq qurumlar da təsdiq edir. İslahatların əsas istiqaməti ordunu yeni müasir silah-texnika ilə təmin etmək, döyüş qabiliyyətini yüksəltmək, infrastrukturu inkişaf etdirmək və s-dir. Biz tez-tez irimiqyaslı təlimlər keçiririk. Müasir təlim mərkəzlərimiz var. Bizim təlimlərimiz müasir, döyüş vəziyyətinə maksimal yaxın vəziyyətdə keçirilir. Günü-gündən təlimlərə daha böyük hissə və birləşmələri cəlb edirik".

Nazir əlavə edib ki, ordunun döyüş qabiliyyətinin, təcrübəsinin artısılmasında Türk silahlı qüvvələrinin rolu böyükdür: "Biz Türkiyə ordusunun təcrübəsindən istifadə edirik. Biz Türkiyə Silahlı Qüvvələri ilə birgə tlimlər keçirilib. Əgər 2018-ci ildə biz birgə 8 təlim keçirmişdiksə, 2019-cu ildə bu təlimlərin sayı 13-ə çatdırılacaq".

Nazir əlavə edib ki, sosial baxımdan cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən orduya böyük diqqət ayrılır. Bizim ordunun zabitləri əksəriyyəti daim ön xəttədir. Onların ailələri yaxın kəndələrdə kirayədə qalırlar. Biz cənab prezidentə müraciıt etdik və cənab Prezident buna reaksiya verildi və zabitlər üçün verilən kirayə pulları artırıldı. Bu qərar orduda yüksək qiymətləndirildi.