Bakıda çimərlikdə FACİƏ:


Digərləri 18 İyn 2019 10:28:00 233 0

Bakıda çimərlikdə FACİƏ:

Bakıda 15 yaşlı uşaq dənizdə boğulub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın "Şıx" çimərliyində baş verib.

Bakı şəhər sakini, Malışeva İlhamə Firudin qızı sevgilisi Eduard Qvenadze, övladları - Vaqin Andreyev, Umar Malışev və qızı Aleksandra Rəhmanova ilə birlikdə "Şıx" çimərliyindəki kafelərdən birinə gəliblər. Bir müddətdən sonra uşaqlar dənizdə çimərkən 2004-cü il təvəllüdlü V.Andreyev dənizdə batıb.

Təxminən 20-25 dəqiqədən sonra V.Andreyevin boğulmuş meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.