Barcelona Neymarı bir şərtlə geri qaytara bilər


İdman 18 İyn 2019 10:25:00 238 0

Barcelona Neymarı bir şərtlə geri qaytara bilər

Barcelona klubu Braziliya yığmasının və PSG-nin hücumçusu Neymarın komandaya geri qayıtması mümkünlüyünü nəzərdən keçirməyə hazırdır.

Goal.az xəbər verir ki, bu iddia ilə "El Chiringuito" nəşri çıxış edib. Kataloniya təmsilçisi braziliyalı forvarddan 2017-ci ildə onun gedişi ilə bağlı yaranmış qalmaqala görə ictimai şəkildə üzrxahlıq tələb etmək niyyətindədir.

Həmin il PSG Neymarı 222 milyon avroya Barcelona-dan alıb. Sonradan məlum olub ki, futbolçu və atası Kataloniya klubundan bonus almaq üçün keçid prosesini uzadıb.