Qarabağ-ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşir


İdman 18 İyn 2019 10:02:00 234 0

Qarabağ-ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşir

Bu gün Azərbaycan çempionu Qarabağ-ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.

Goal.az xəbər verir ki, püşkatma qurumun İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunacaq və Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Ağdam təmsilçisi təsnifat mərhələsində səpələnmişlər səbətində yer alıb. Mümkün rəqiblər isə Valletta (Malta), Sarayevo (Bosniya və Herseqovina), Sutjeska (Monteneqro), Partizani (Albaniya) və Saburtalo (Gürcüstan) klublarıdır.

Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək.