Erməni silahlı bölmələri mövqelərimizi 82 mm-lik minaatanlardan atəşə tutub


Digərləri 18 İyn 2019 10:05:00 157 0

Erməni silahlı bölmələri mövqelərimizi 82 mm-lik minaatanlardan atəşə tutub

Ermənistan silahlı bölmələri cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

Bakı. Ermənistan silahlı bölmələri cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri Ordumuzun mövqelərinə 82 mm-lik minaatanlardan atəş açıblar. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.