“Huawei” öz əməliyyat sisteminin istifadəyə verəcək


Digərləri 18 İyn 2019 08:51:00 231 0

“Huawei” öz əməliyyat sisteminin istifadəyə verəcək

Çinin "Huawei" şirkəti "Hongmeng" adlı öz əməliyyat sistemini bir neçə ay ərzində istifadəyə verəcək. Bu haqda şirkətin vitse-prezidenti Endryu Uilyamson deyib.

Son.az ICTnews-a istinadən bildirir ki, onun sözlərinə görə, indi sözügedən əməliyyat sistemi Çində sınaqdan keçirilir və yaxın vaxtlarda "Huawei" bununla bağlı öz ticarət brendini qeydiyyatdan keçirəcək.

Mayda ABŞ Ticarət Nazirliyi "Huawei" şirkətini milli təhlükəsizliyə təhdidə görə qara siyahıya daxil edib. Çin şirkətinə ABŞ istehsalçılarından texnologiya və komponent satın almaq və Vaşinqtonun icazəsi olmadan ABŞ-da biznes fəaliyyəti aparmaq qadağan edilib.