“Cisco” şirkəti “WiFi 6” simsiz rabitə standartını təqdim edib


Digərləri 18 İyn 2019 08:46:00 234 0

“Cisco” şirkəti “WiFi 6” simsiz rabitə standartını təqdim edib

"Cisco" şirkəti rəqəmli transformasiya, immersiv əlavələr və "Əşyalar interneti" obyektlərinin qoşulması sahəsində yeni imkanlar nəzərdə tutan "Wi-Fi 6" (802.11ax) texnologiyasını təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, "Wi-Fi 6" məlumatların daha sürətli ötürülməsini və buraxılış qabiliyyətinin (capacity) 400 faizədək artırılmasını təmin edir. Bu, stadion, ictimai auditoriya, konfrans zalları kimi yüksək qoşulma sıxlığına malik yerlər üçün xüsusilə əhəmiyyətlidir. Qurğuların dərhal çağırışa cavab verməsini tələb edən vəzifələrdə "Wi-Fi 6" yubanma vaxtının (latency) azaldılması sayəsində çox effektivdir.

Bildirilir ki, qurğuların yeni standarta qoşulması onların akkumulyator yükünü azaldır, istifadəçilərə göstərilən xidmətin keyfiyyəti isə daha proqnozlaşdırılan olur.

Yeni "Cisco" aparatları arasında "Wi-Fi 6" çıxış nöqtələri də yer alıb. Onlar maksimum "ağıllı" və mühafizəli simsiz şəbəkələr qurmağa, eləcə də "BLE", "Zigbee" və "Thread" daxil olmaqla müxtəlif "Əşyalar interneti" protokolları ilə işləməyə imkan verir.

Kampus şəbəkəsi üçün "Cisco Catalyst 9600" magistral kommutatorları təşkilatda simli və simsiz texnologiyaları birləşdirən vahid şəbəkə strukturunun yaradılması üçün alətdir.