Radiasiyaya davamlı kompüter hazırlanır


Digərləri 18 İyn 2019 08:25:00 277 0

Radiasiyaya davamlı kompüter hazırlanır

Avropa Kosmik Agentliyi (European Space Agency, ESA) Didim asteroidinə uçacaq "Hera" zondu üçün radiasiyaya davamlı kompüter hazırlamağa başlayıb. Qurğu 4 il ərzində planetlərarası məkanda iş qabiliyyətini qoruyacaq. Bu barədə agentliyin məlumatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, "Hera" zondunun 2023-cü ildə yerətrafı Didim asteroidinin və onun peykinin tədqiqi üzrə "AIDA" missiyası çərçivəsində buraxılması nəzərdə tutulur. Missiyanın vəzifəsi aparatların Yerə tərəf uçan asteroidlərin istiqamətinin dəyişdirilməsi üzrə imkanlarının yoxlanılması, eləcə də qoşa "asteroid-kiçik peyk" sisteminin formalaşdırılmasının öyrənilməsindən ibarətdir.

Kompüterin hazırlanması ilə Avropa Kosmik Agentliyinin Belçikadan olan podratçısı "QinetiQ Space" şirkəti məşğul olacaq. Məlumata görə, qurğu Yerdəki operator tərəfindən minimal nəzarət həyata keçirilməklə planetdən 100 milyon km uzaqda iş üçün nəzərdə tutulub.

"Hera" kompüterinin "Proba-2", "Proba-V" və "Proba-3" minipeykləri üçün hazırlanan təkmilləşdirilmiş məlumat və enerji idarəetmə sisteminə (ADPMS) əsaslanan ikinüvəli "LEON-3" prosessorundan istifadə edəcək. Hazırda kompüter mühəndis modelinin sınaq mərhələsindədir.