Türkiyədə qayığın batması nəticəsində ölənlərin sayı 12yə çatıb


Dünya 18 İyn 2019 08:28:00 253 0

Türkiyədə qayığın batması nəticəsində ölənlərin sayı 12yə çatıb

Ötən gün Türkiyə sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, daha əvvəl 8 nəfər öldüyü, 31 nəfərin isə xilas edildiyi bildirilirdi.

Bildirilir ki, xilasedicilər təxminən 32 metr dərinlikdən 12 nəfərin cəsədini çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edilir ki, axtarış-xilasetmə işləri davam etdirilir.