WhatsApp toplu mesaj göndərənləri məhkəməyə verəcək


Digərləri 18 İyn 2019 08:11:00 255 0

WhatsApp toplu mesaj göndərənləri məhkəməyə verəcək

2009-cu ildə qurulan və dünyanın ən məşhur mesajlaşma proqramlarından birinə çevrilən tətbiq 2014-ci ildə sosial media nəhəngi Facebook tərəfindən satın alındı.

Son.az chip.az-a istinadən bildirir ki, son məlumatlara görə Facebook WhatsApp adının yalan xəbərlərlə çox yan-yana gəlməməsi üçün eyni mesajı toplu şəkildə çox adama göndərən istifadəçiləri məhkəməyə verəcək.

Bundan əvvəl şirkətə öz siyasətlərini hər hansı şəkildə pozan istifadəçiləri qadağan etmə haqqı verilmişdi. Lakin əvvəllər insanların o xəbərə güvənərək ona uyğun hərəkət etdiyi müşahidə edilmişdir. Bir araşdırmaya görə istifadəçilərin R'sinin xəbərləri WhatsApp vasitəsilə aldığı ortaya çıxmışdı. Tətbiq üzərindən  paylaşılan məzmunlar isə cinayətlərə, və üsyanlara səbəb olmuşdu.

Bu kimi hadisələrin qarşısını almaq istəyən WhatsApp 7 dekabr 2019-cu il tarixindən etibarən çoxlu mesaj göndərən hər kəsi məhkəməyə vermək hüququna sahib olacaq. Tətbiqin yeganə məqsədi fərdlərrarası ünsiyyəti sürətləndirmək olduğunu qeyd edən şirkət hər hansı bir istənməyən davranışın xoş görünməyəcəyini də bildirib.

WhatsAppın rəsmi səhifələrindən birində isə bu şəkildə açıqlama verilib: