Çində zəlzələ nəticəsində 11 nəfər ölüb, 122 nəfər yaralanıb


Dünya 18 İyn 2019 08:18:00 200 0

Çində zəlzələ nəticəsində 11 nəfər ölüb, 122 nəfər yaralanıb

Çinin Sıçuan əyalətində baş verən zəlzələlər nəticəsində 11 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələ həmçinin 122 nəfərin xəsarət almasına səbəb olub.

Xatırladaq ki, ötən gün Çinin Sıçuan əyalətində bir saat ərzində iki güclü zəlzələ baş verib.

İlk zəlzələ yerli vaxtla saat 22:55-də İbin şəhər dairəsində qeydə alınıb. Yeraltı təkanların maqnitudası 6 bal təşkil edib.