Debian 10un 6 iyul tarixində təqdim olunması planlaşdırılır


Digərləri 18 İyn 2019 07:41:00 235 0

Debian 10un 6 iyul tarixində təqdim olunması planlaşdırılır

Debian layihəsinin tərtibatçıları elan ediblər ki, onlar Debian 10 "Buster"-i 6 iyul tarixində təqdim etməyi planlaşdırırlar. Hal hazırda bu əməlyyat sistemində həll olunmamış 98 kritik səhv var. Bu barədə Opennet.ru saytı xəbər verib. Məhz həmin səhvlər ucbatından Debian 10 gecikirdi. 1 ay bundan öncə kritik səhvlərin sayı 132, 3 ay bundan öncə 316, 4 ay bundan öncə isə 577 idi. Yerdə qalan 98 kritik səhvin 25 iyun tarixinə kimi bağlanması nəzərdə tutulub.

Son.az technote.az-a istinadən bildirir ki, həmin tarixə kimi həll oluna bilməyəcək problemlər buster-ignore və ya buster-will-remove bayraqları ilə işarə olunacaqlar. Əgər Testing qolunda buster-will-remove bayrağı ilə işarələnmiş paketlər üçün kritik problemlərin həll yolları təqdim olunmasa həmin paketlər repozitoriyalardan silinəcəklər. 25 iyun tarixindən başlayaraq isə Testing qolu dəyişikliklərin əlavə olunması məsələsində tamamilə dondurulacaq.