"Gmail"ın işində nasazlıq yaranıb


Digərləri 18 İyn 2019 00:15:03 207 0

"Gmail"ın işində nasazlıq yaranıb

Bir sıra ölkələrdə "Gmail" elektron poçt xidmətinin işində problemlər müşahidə olunur

Bakı. Bir sıra ölkələrdə "Gmail" elektron poçt xidmətinin işində problemlər müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir. Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Braziliya, Almaniya və Avstriyada qeydə alınıb.