"FED faiz artırmasaydı birja 10 min bənd daha yüksək olardı"


Digərləri 17 İyn 2019 23:05:00 210 0

"FED faiz artırmasaydı birja 10 min bənd daha yüksək olardı"

ABŞ Prezidenti Donald Tramp Fed-i tənqid etməyi davam etdirir

Son.az marja.az-a istinadən bildirir ki, Tramp "ABC News"a verdiyi müsahibəsində, Fed faiz artırmasaydı inkişafın 1.5% çox, Dou Cons (Dow Jones) İndeksinin də ən azı 10 min bənd daha yüksək olacağını söyləyib.

2018-ci ilin əvvəlində namizəd göstərdiyi Fed sədri Jerome Powell-ı tez-tez tənqid edən Tramp Fed-in faiz endirməsi lazım olduğunu dilə gətirir.

Tramp, "mən onu seçdim, ancaq onunla tamamilə fərqli fikirdəyəm. Bilirsiniz Fed müstəqildir, ancaq etdiklərindən məmnun deyiləm", -əlavə edib.