81yaşlı alim gənc qalmağın


Digərləri 17 İyn 2019 22:43:00 226 0

81yaşlı alim gənc qalmağın

Rusiyalı professor, məşhur səyahətçi və Rusiya Federasiyasının Hökuməti Mükafatının laureatı Nikolay Drozdov 81 yaşı olmasına baxmayaraq, gənc və sağlam görünür.

Sağlam həyat tərzini təbliğ edən professor çoxlu sayəhət edir və çalışır.

Son.az publika.az-a istinadən Nikolay Drozdovun 10 həyat qaydasını təqdim edir:

1. Devizim: "Həyat pozitivdir". Hər işin müsbət tərəflərini görməyə çalışıram. Həyata gül çəhrayı eynəklərdən baxmaq lazım deyil, sadəcə hər insanın ətrafına müsbət tərəfdən baxmaq bacarığı olmalıdır.

2. Artıq 37 ildir ət yemirəm. Hindistanda yoqa ilə maraqlanmağa başladım və vegetarian oldum. Vegetarianizm həyat mövqeyimdir, bu yol bir şəxs üçün çox doğrudır, çünki mədə effektiv şəkildə bitkisəl qidalar yeməyə adaptasiya edilir, heyvan ətlərini həzm etmək üçün böyük miqdarda enerji sərf olunur. Naharım naminə heyvanların öldürülmədiyini biləndə, özümü daha sakit hiss edirəm.

3. Əsas hədəfim: siqaret çəkməmək! Evdə içi spritli içki ilə doldurulmuş şüşə qabları yoxdur. Bütün ailəmiz sağlam həyat tərzini sürür.

4. Müəllimim akademik Yuri Petroviç Quşkodur. Onun "Uzunömürlülük seyfinin 12 açarı" kitabı hər kəs üçün faydalıdır.

5. Hər səhər bütün əzələ qrupları üçün 1 saat məşq edirəm.