Biocoğrafiya təkamülü necə dəstəkləyir?


Digərləri 17 İyn 2019 22:45:00 234 0

Biocoğrafiya təkamülü necə dəstəkləyir?

Kisəlilərə, demək olar ki, yalnız Avstarliyada rast gəlinir, baxmayaraq ki, plasentalı məməlilər orada çox nadir olur. Əgər kisəlilər bütün dünyada bərabər paylanmış olsaydı, bunu təbii təkamül prosesinin nəticəsi kimi izah etmək çətin olardı.

Biocoğrafiya həyat formalarının coğrafi ərazilər üzrə paylanmasını öyrənən elmdir. Biocoğrafiya yalnəz təkamül və ortaq əcdadla bağlı mühüm nəticəvi sübutlar göstərmir, həm də kreasionistlərin təkamüldə mümkünlüyünü rədd etdikləri bir məsələni irəli sürür: test edilə bilən proqnozlar. Biocoğrafiya iki sahəyə bölünür: ekoloji biocoğrafiya (nümunələrin cari paylanması ilə məşğul olur) və tarixi biocoğrafiya (uzunmüddətli və geniş miqyaslı paylanmalarla məşğul olur).

BİOCOĞRAFİYA VƏ BİOMÜXTƏLİFLİK

Son.az yasilelm.com-a istinadən bildirir ki, biocoğrafiya bəlkə bir çox insanlara müstəqil elmi sahə kimi tanış deyil, çünki o, həm biologiya, həm də geologiya elmində görülən işlərdən daha çox asılıdır. C.Barri Koks və Peter D. Mur "Biocoğrafiya: Ekoloji və təkamül yanaşması", 7-ci nəşr dərsliyində yazırlar:

Biocoğrafiyanın nümunələri planetimizin iki böyük mühərriki arasındakı əlaqənin nəticəsidir: təkamül və plitə tektonikası... Çox geniş səviyyəli suallarla qarşılaşdığı üçün biocoğrafiya digər fənlərin geniş əhatəsinə əsaslanmalıdır. Məsələn, biomüxtəlifliyi izah etmək Yer səthi üzərində iqlim növlərinin və fontosintetik bitkilərin çoxalmasının iqlimə və məkana görə fərqlənməsinin dərk edilməsini əhatə edir.

Biz həm də xüsusi təbii mühitləri heyvanlara və bitkilərə nəyin sevdirdiyini, müəyyən torpaq kimyasına və ya rütubət səviyyəsinə, yaxud temperatur dərəcəsinə, sahə strukturuna görə məkanların niyə cəlbedici olmasını anlamalıyıq. Müvafiq olaraq, iqlimşünaslıq, geologiya, torpaq elmi, fiziologiya, ekologiya və davranış üzrə elmlərə belə sualları cavablandırmaq üçün müraciət olunmalıdır...

Deməli, biocoğrafiya paylanma nümunələrinin analizi və izahı ilə, həmçinin keçmişdə və hal-hazırda paylanma ilə bağlı dəyişikliklərin dərk edilməsi ilə məşğul olur.

BİOCOĞRAFİYA VƏ ELMİ PROQNOZLAR

Elm, nəzəriyyə və ya əsaslı izahlar əsasında proqnozlar vermək imkanı ilə inkişaf edir; proqnozların uğurluluq dərəcəsi nəzəriyyə və ya izahın möhkəmliyinin göstəricisidir. Biocoğrafiyanın mümkün etdiyi proqnoz belədir: əgər təkamül həqiqiətən də varsa, biz ümumiyyətlə yaxın əlaqəli növlərin bir-birinə yaxın olmasını - yaxın olmamaq üçün böyükmiqyaslı hərəkətlilik (məsələn, insanlar tərəfindən, yaxud uzun vaxt ərzində plitə tektonikaları nəticəsində paylanan su heyvanları, quşlar və heyvanlar) kimi vacib səbəblər istisna olmaqla - gözləməliyik.

Əgər hər bir halda yaxın növlərin bir-birinə yaxın yerləşməsinin qeyri-mümkünlüyü ilə təsadüfi coğrafi şəkildə paylandığını aşkar etsək, bu, təkamülə və ortaq ataya qarşı güclü arqument olardı. Məsələn, əgər həyat formaları müstəqil olaraq meydana çıxıbsa, onların digər həyat formalarına aşkar yaxınlığa görə deyil, onları dəstəkləyən hər hansı mühitdə mövcud olmaları daha ağlabatan olardı.

BİOCOĞRAFİYA VƏ TƏKAMÜL