Zaqatalada iki "Mercedes" toqquşub, xəsarət alanlar var


Digərləri 17 İyn 2019 22:46:00 217 0

Zaqatalada iki "Mercedes" toqquşub, xəsarət alanlar var

Zaqatalada baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində iki "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı xəsarət alan rayonun Çobankol kənd sakini 1984-cü il təvəllüdlü Orxan Əlixan oğlu Nurlayev və Kebeloba kənd sakini 1982-ci il təvəllüdlü Tərlan Osman oğlu Bayramov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda yaralıların müayinəsi aparılır. Faktla bağlı araşdırma aparılır.