Almaniyanın müəmmalı rəssamı Maks Bekmannın hekayəsi


Digərləri 17 İyn 2019 22:50:00 295 0

Almaniyanın müəmmalı rəssamı Maks Bekmannın hekayəsi

20-ci əsrin aparıcı Alman sənətçilərindən biri olan Maks Bekmann tez-tez Ekspressionist hərəkatla əlaqələndirilir. Amma o, hər hansı bir bədii hərəkata qoşulmaqdan imtina edərək, unikal simvolizm və stilin yeganə pioneriydi. Həyatı boyu 800-dən çox yağlı boya əsəri və bütün dünyada yayılmış yüzlərlə çap işləri və rəsmlər yaradıb. Rəssam 1884-cü ildə Leypsiqdə orta sinif ailədə dünyaya gəlmişdi və erkən yaşlarından bəri onun rəssam olacağı bəlli idi. Veymardakı Sənət Akademiyasında oxuyan rəssam antik heykəlləri və canlı modelləri rəsm edərək ənənəvi akademik təhsil aldı. Universitetdə gələcək həyat yoldaşı Minna Tube ilə tanış oldu - o, onun tələbəsi, daha sonra isə Bekmannın yeganə uşağı olan Peterin anası olacaqdı.

Son.az bilge.az-a istinadən bildirir ki, impressionizmin təsiri ilə Bekmannın böyük istedadı tanındı və əsərləri Berlin Secession (Alman rəssamlar qrupu) ilə sərgilənməyə başladı; ənənəvi şəkildə mifoloji və dini səhnələri əks etdirən Bekmannın 1910-cu ildə qrupun idarə heyətinə üzv seçilməsi, bu statusa çatan ən gənc rəssam üçün böyük uğur idi. Buna qədər həyat rəssama səxavətli olsa da, ancaq işlər get-gedə dəyişmək üzrə idi.

l Dünya müharibəsi və onun nəticələri

Bekmann 1914-cü ildə könüllü olaraq tibbi heyətə qoşulmuş və sonradan Belçikada xidmət etmişdir. Şahidlik etdiyi müharibənin dəhşətləri, başlanğıcda ümidlə dolu olan rəssamın dünyagörüşünü tamamilə dəyişərək bəşəriyyətə olan etibarını əlindən almışdı. 1915-ci ildə əsəb pozuntusu və mənəvi çöküşdən sonra vəzifəsindən azad edilərək Almaniyaya qayıdan rəssam 1917-ci ildə yenidən sənətlə məşğul olmağa başladığı Frankfurtda məskən salır. İmpressionist olaraq xatırlanan Bekmannın yaşadığı təcrübələr sənətini tamamilə dəyişdirərək radikallaşdırdı. Onun əsərləri daha təhrif edilmiş, qəribə və mürəkkəb metaforalara malik idi.

Bekmanın simvolizmi

1919-cu ildə bitən "Gecə" adlı əsəri, Bekmannın duyğularının və gördüklərinin dəhşətini ifadə edən bir parçadır: bu əsər Almaniyadakı savaşdan sonrakı mövcud siyasi vəziyyəti və müharibəyə geri dönən bir ailənin işgəncəsini göstərir. Əsərlərində təqdim edilən xaosu, Bekmann qəhvəyi və qırmızı tonlardan istifadə edərək daha da vurğulayır. Bekmannın "Gecə" tablosu da daxil olmaqla rəsmlərində işlətdiyi simvolizm bu gün də tam olaraq anlaşılmamışdır. Məsələn, əsərdəki yerə düşmüş bir mumun yanında bir qrammofonu görə bilərik və bunun əhəmiyyəti sənətçinin özündən başqa heç kimə məlum deyil.

Yavaş-yavaş, əsəb sarsıntılarından sağalan rəssam 1925-ci ildə Frankfurt Stadel İncəsənət Məktəbində müəllim vəzifəsinə təyin olunmuş və beynəlxalq səviyyədə tanınmışdır. Eyni ildə Bekmann ilk həyat yoldaşından boşanaraq Quappi kimi tanınan Maitilde von Kaulbaxla evlənmişdi. Ondan 20 yaş kiçik olan yeni həyat yoldaşı, həyatını rəssamın karyerasına dəstək olmağa həsr etmişdir.

İkinci Dünya Müharibəsi: "Sarsılmış İncəsənət"