Çində ardıcıl iki güclü zəlzələ baş verib


Dünya 17 İyn 2019 22:36:00 201 0

Çində ardıcıl iki güclü zəlzələ baş verib

Çinin Sıçuan əyalətində bir saat ərzində iki güclü zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, ilk zəlzələ yerli vaxtla saat 22:55-də İbin şəhər dairəsində qeydə alınıb. Yeraltı təkanların maqnitudası 6 bal təşkil edib.

İkinci zəlzələ İbin şəhər dairəsində yerli vaxtla saat 23:36-da 16 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələnin 5,1 bal gücündə olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.