Günəşin gətirdiyi xəstəliklər – Dərinizdəki


Digərləri 17 İyn 2019 22:27:00 216 0

Günəşin gətirdiyi xəstəliklər – Dərinizdəki

Yay aylarında günəşin təsiri ilə dərinizdə müxtəlif ləkələr yaranır. Bu durumun qarşısını almaq üçün əvvəlcədən təbirlər görmək lazımdır.

Melazma   Son.az medicina.az-a istinadən bildirir ki, əsasən üz nahiyəsində açıq və tünd qonur (qəhvəyi) rəngli  ləkələrlə müşahidə olunan xroniki bir dəri xəstəliyidir. Bəzən bu xəstəliyə xloazma da deyilir ki, yaşıl dəri mənasını bildirir. Ancaq melazma (qonur dəri) termini daha çox istifadə olunur. Ən çox yanaqda müşahidə edilsə də, burunun üstü, çiyin, sinə və qolların üst hissəsində də rast gəlinir. Melazma ən çox qadınlarda olur. Nadir hallarda kişilərdə də yarana bilər. Xəstəlik əsasən 20-40 yaşlarında olan qadınlarda üz nahiyyəsində tünd qəhvəyi ləkələrin yaranması ilə başlayır. Mövsümdən asılı olaraq yaz və yay aylarında bu ləkələr daha da tündləşir, payız və qış aylarında isə ləkələrin rəngi nisbətən solur. Melazma ən çox tünd dərisi olan insanlarda yaranır. Ultra bənövşəyi şüalar, kompüter ekranın şüası da melazmaya təkan verə bilir. İlk pillədə isə hamiləlik ərəfəsi dayanır. Melazmanın əsas yaranma səbəbi dəridəki piqment ifraz edən hüceyrələrin çox miqdarda melanin ifraz etməsidir.     Melazmanın yaranmasında rolu olan amillər:

- Genetik faktor - üz dərisində melazması olan insanların təxminən 1/3 də digər ailə üzvlərində də bu problemə rast gəlmək mümkündür

- Günəş şüaları - ən böyük risk faktorlarından biridir. Günəş şüalarının uzun müddətli təsiri nəticəsində dəridə piqment ləkələri formalaşmağa başlayır

-  Hamiləlik - adətən doğuşdan bir neçə aylar sonra melazma daha da artmağa başlayır

- Dərman preparatları - tərkibində estrogen və progesteron olan oral kontraseptiv dərman preparatları istifadə edən qadınlarda melazmanın yaranma ehtimalı daha yüksəkdir

- Qalxanabənzər vəzinin xəstəliklərindən  (Hypothyroidism) müalicə alan insanlarda melazmanın yaranma ehtimalı çoxdur Melazma ləkələrin tündləşməsinin qarşısını necə alaq: